04/08/2019
17:23
1802
| A A A
Qurban Qurbanovun mətbuat konfransının vaxtı bilindi

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda səfərdə APOEL-lə (Kipr) qarşılaşacaq.

Goal.az “Qarabağ”ın rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun sabah – avqustun 5-də, Bakı vaxtıyla saat 20:15-də mətbuat konfransı keçiriləcək. Komandanın son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi GSP stadionunda olacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

APOEL – “Qarabağ” matçı avqsutun 6-da, saat 21:00-da keçiriləcək.