08/08/2019
17:33
1098
| A A A
“Bizim çempionatı keçirmək səbəblərimizdən biri…” – Ramin Musayev

Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan 1-ci divizionunun 2019/2020-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

Goal.az PFL-ə istinadən xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, jurnalistlər, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər. PFL prezidenti Musayev 1-ci divizion barəsində fikirlərini bölüşüb:

“Təəssüf ki, ötən il də bəzi oyunlar ətrafında mənfi söhbətlər dolaşdı. Hətta hadisələrdən heç bir məlumatı olmayan komandaların adı da olaylar ətrafında hallandı. Mən hamınızdan xahiş və tələb edirəm, idman prinsipinə sadiq qalaq, yaradılmış şəraitdən normal istifadə edək.

Atılan neqativ addımlar gənc futbolçulara təsir edir. Futbolçulara düzgün nümunə olmaq lazımdır. Çalışın, yeni futbolçular yetişdirin. Bizim çempionatı keçirmək səbəblərimizdən biri də milli komandaya futbolçu yetişdirməkdir. İl ərzində hər komanda milli üçün heç olmasa bir futbolçu yetişdirə bilsə, bu, mövsümün sonunda yığma üçün 12-13 yeni futbolçu deməkdir.”

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27140 səs