10/08/2019
12:38
1039
| A A A
"Uşaqlıqdan Arsenal-ın matçlarını, xüsusilə də..." - David Luiz

Chelsea-dən Arsenal-a transfer olunan David Luiz yeni klubunda ilk açıqlama verib.

Goal.az xəbər verir ki, 32 yaşlı futbolçu, “topçular”a transferi haqqında danışıb:

“Bu, bir futbolçu kimi həyatımda, karyeramda yeni mərhələdir. Belə böyük bir klubda oynayacağım üçün şadam. Uşaqlıqdan Arsenal-ın matçlarını, xüsusilə də, böyük futbolçuların iştirak etdiyi oyunları izləyirdim. İndi isə bu kluba kömək etmək istəyirəm.

Karyeramın Chelsea mərhələsi bitdi. Chelsea rəhbərliyi ilə söhbətim oldu, başqa böyük bir kluba getmək şansım vardı. Dəyişiklikləri hər zaman sevirəm, yeni nələrsə sınamaqdan qorxmuram. Bəlkə də, bir çox futbolçu belə bir dəyişikliyə razı olmaz. Sadəcə daha böyük işlər görməyə çalışıram. İndi Arsenal-dakı karyeramın başlamasını səbirsizlikə gözləyirəm”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28684 səs