10/08/2019
13:31
1734
| A A A
“Maquayr 80 milyon avro dəyərindədirsə…” – Napoli-nin prezidenti

Napoli-nin prezidenti Aurelio de Laurentis transferlərlə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, klub rəhbəri, İngiltərədə müdafiəçilər üçün yüksək təzminat məbləği ödənilməsinə toxunaraq, Napoli-nin müdafiəçisi Xalidu Kulibali haqqında danışıb:

“Futbolçuların transfer qiymətləri İngiltərəyə görə artdı, çünki orda çox pul var. Ordakı hansısa klub bir futbolçu üçün 100 milyon avro xərcləyərkən çətinlik çəkmir.

Kulibalinin 150 milyon avro təzminat qiyməti var. Amma Harri Maquayr 80 milyon avro dəyərindədirsə, onda Kulibalinin qiyməti 250 milyon avro edər”.

Qeyd edək ki, Maquayr Leicester City-dən Manchester United-ə transfer olunub.(komanda.az)