14/08/2019
14:31
1294
| A A A
Miçel: "Alınmadı, nə edək?"

"Qarabağ"ın futbolçusu Miçel Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-ə 0:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- “Qarabağ” bu gün niyə uduzdu?

- Futboldur, bəzən alınmır. Hərdən gözlənilməz şəkildə uduza və ya qalib gələ bilərsən. İrəli baxmaq lazımdır.

- Nəticə gözlənilməz oldu?

- APOEL-in qələbəsi niyə gözlənilməz olsun ki? İlk oyunda biz, bu dəfə onlar qalib gəldi.

- Komandada arxayınlıq var idi?

- Oyuna köklənmişdik. Alınmadı, nə edək?

- “Qarabağ” baxımlı futbol oynayan komandadır. Bu gün onu görmədik. Meydanda istədiyinizi niyə edə bilmirdiniz?

- Razıyam ki, istədiyimiz alınmadı. 3-4 qol şansımız oldu, onlardan yararlansaydıq, fərqli olacaqdı. Hətta “Barselona” və “Real”ın da uğursuz günləri olub. “Qarabağ” hər matçı yaxşı keçirmək məcburiyyətində deyil.

 
- APOEL-dəki baş məşqçi dəyişikliyi oyuna təsir etdi?

- Bizim qol vəziyyətlərimiz oldu, alınmadı, top qapıya girmədi. Penaltidən fərqləndilər. İkinci hissədə də bir zərbəyə bir qol buraxdıq. Yenə deyirəm, futboldur, dramatikləşdirməyə dəyməz.

- İlk oyundakı nəticəni gözlənilməz, bu nəticəni isə gözlənilən adlandırmaq olar? Kənardan belə görünürdü.

- Sizi alqışlamaq lazımdır ki, öncədən hər şeyi görürsünüz. Təkrar edirəm ki, bizdə alınmadı.

 
money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7217 səs