31/08/2019
10:40
1414
| A A A
"Qarabağ iki il əvvəl Atletico-nu büdrədib” - Lopetegi

Sevilla-nın baş məşqçisi Xulen Lopetegi Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

Goal.az xəbər verir ki, 53 yaşlı mütəxəssis A qrupunda qarşılaşacaqları rəqiblərin hər birini dərindən analiz edəcəklərini bildirib. Lopetegi bunun üçün vaxtlarının olduğunu söyləyib:

“APOEL Çempionlar Liqasının son yarımfinalçısı Ajax-a müqavimət göstərdi. Qarabağ isə iki il əvvəl Atletico-nu Çempionlar Liqasında büdrədib. Avropada hər bir oyun 3 xal deməkdi. Biz təslim ola bilmərik. Elə rəqiblər var ki, işimizi çətinləşdirə bilərlər. Heç yerdə asan komanda yoxdu”.

Qeyd edək ki, Avropa Liqasının A qrupunda Sevilla, APOEL və Qarabağ-dan əlavə, Lüksemburq Düdelange-ı da yer alıb. Qrup mərhələsinə sentyabrın 19-da start veriləcək. İlk turda Qarabağ Sevilla-nı qəbul edəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34159 səs