01/09/2019
22:17
1502
| A A A
"Ayxan Abbasov öz futbolçuları ilə məşğul olsun" - Bordin

"Gərgin oyun oldu. Matça yaxşı başlamadıq. Amma buraxdığımız qoldan sonra ayıldıq. Komandam əsəbi görünürdü. İlk dəqiqələrdəki qol epizodlarından istifadə edə bilmədik. Buna görə də gərginlik var idi. Komandamı təbrik edirəm. Asan qələbə olmadı".

Goal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 3-cü turunda "Sumqayıt"a qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransında deyib.

- Antonun rəqib komandanın məşqçilər korpusu və futbolçularını ağır şəkildə təhqir etməsi nə dərəcədə doğrudur? Onunla bağlı nə ölçü götürəcəksiz?

- Onu “Sumqayıt”ın baş məşqçisi bildirib. Siz eşitmisiz?

- Niyə yalan danışsın?

- Siz nələr baş verdiyini gördüz? Orda elə bir situasiya, xaos idi ki, məni də bir neçə dəfə itələdilər, zərbələrdən qaçası oldum. Bilmirdim ki, nələr baş verib. Bunu araşdıracam və sonda qərar verəcəyik. Məncə, bu vəziyyətdə təkcə Antonu və “Sumqayıt”ın qırmızı vərəqə alan futbolçusunu günahlandırmaq olmaz. Oyunboyu xoşagəlməz hadisələr baş verdi. Bizim də səhvimiz var ki, buna cavab verdik.

- “Sumqayıt”ın baş məşqçisi sizə qarşı da ittiham irəli sürdü ki, gəlib bizə nəsə öyrətməsin, futbolçularına tərbiyə versin. Ona nə öyrətmək istəyirdiz ki?

- Heç kimi özünü necə aparmaqla öyrətməli deyiləm. Xüsusən də “Sumqayıt”ın baş məşqçisini. O, italyanca bilir? Necə məni başa düşə bilər ki... Mən orda istəyirdim ki, hər iki tərəf sakitləşsin. Xoşagəlməz haldı ki, məğlub olandan sonra baş məşqçi rəqibi günahlandırır. Hamı öz evinin içinə baxmalıdır. Anton barədə araşdırma edəcəm. Öz oyunçularımı düşünməliyəm. Xahiş edirəm ki, rəqib baş məşqçi də öz futbolçuları ilə məşğul olsun.

- Ayxan Abbasov onu da dedi ki, “Neftçi” belə büdcə ilə getsin “Qarabağ”la prinsip aparsın...

- Hər bir rəqib eynidir. Bu gün komandanı “Sumqayıt”la oyuna hazırlamışdıq. Qələbə lazım idi və bunu əldə etdik. Hər rəqibə qarşı ona uyğun hazırlaşırıq. Bütün komandalar rəqibdir.

- Antonun epizodunu görməsək də, Etibar Tarıverdiyevin Ayxan Abbasovu sillələdiyini gördük...

- Bunu görməmişəm. Siz ancaq mənə bizim etdiklərimizdən danışırsız. Ancaq Antona vurulan yumruğu görmüsüz? Vurğunun vurduğunu görmədiz? Nə Antonu, nə də Etibarı görmüşəm. Təkcə onu gördüm ki, Anton yerdədir. Sadəcə olaraq, o vəziyyətdə rəqib məşqçi də istəyirdi ki, komanda sakitləşsin. İstəməzdim ki, belə situasiya yaransın.

- Azarkeşsiz olmağınız oyuna təsir edirmi?

- Azarkeşin gəlməsi əlavə motivasiyadır. Əsas da ultraslar. Onlar hər dəfə hiss etdiriblər ki, evdə oynayırıq. Onları başa düşürəm. Son nəticələr ürəkaçan olmadı. Amma onları tribunada görməyi arzulayıram. Onların yoxluğu görünürdü.

- Olan azarkeşlər də yalnız rəhbərliyi istefaya səsləyirdilər. Fanatları qaytarmaq üçün onlara müraciət etmək və ya görüşmək planınız varmı?

- Bu ildən fərqli olaraq keçən il onlarla tez-tez görüşürdük. Sadəcə, mövsüm başlayandan tez-tez oyunlarımız olur. Buna görə də görüş baş tutmayıb. Milli komandalara görə fasilə yaranıb. İstəyərəm ki, onlarla görüşüb, fikir mübarizəsi aparaq.

- Vəziyyətin gərginləşməsinə səbəb feyr-pley oldu. Maraqlıdır, sizin komandanız vaxtı uzatmaq məqsədilə olsa belə, topu kənara vursa və rəqib hücum edib, qol vursa, buna reaksiyanız necə olar?

- Hansı epizodu deyirsiz?

- İkinci qol.

- Feyr-pleyə oyunboyu riayət olunurdu. Sadəcə olaraq futbolçu 1-2-3-4-5 dəfə yıxıla bilər. Ancaq bu qədər yox. Onlar hesabda irəli olduqlarına görə yerə yıxılırdılar. Hər dəfə əlverişli hücum vaxtı topu rəqibə qaytarsaq, futbol necə olacaq ki...

- Geryenin transferi gündəminizdədir?

- Bu barədə heç nə deyə bilmərəm. Qarşıda bizi 3 gün istirahət gözləyir. By müddətdə müzakirə edəcəyik.

- Fasiləni necə keçirməyi düşünürsüz?

- Üç gündən sonra məşqləri bərpa edəcəyik

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34159 səs