07/09/2019
15:21
1583
| A A A
“Səviyyəmizdən çox aşağı çıxış etdik” – Löv

AÇ-2020-nin seçmə mərhələsinin 5-ci turu çərçivəsində öz meydanında Hollandiya millisinə 2:4 hesabı ilə məğlub olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv açıqlama verib.

Goal.az xəbər verir ki, 59 yaşlı mütəxəssis, müdafiədə problemlərin olduğunu deyib:

“Səviyyəmizdən çox aşağı çıxış etdik. Matçın əvvəlində hesabda 1:0 önə keçməyimizə baxmayaraq, oyunu nəzarət altında saxlaya bilmədik. Müdafiəçilərimiz çox pis oyun keçirdilər. İkinci hissədə İlkay Gündoğan, Kay Havertz kimi futbolçulara ehtiyacımız vardı. Onları matça daxil etməyimə baxmayaraq, oyunumuzda dəyişiklik olmadı”.

Almaniya millisi C qrupunda 9 xalla ikinci pillədə qərarlaşıb və Şimali İrlandiyadan 3 xal geridədir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34159 səs