20/09/2019
01:34
1145
| A A A
"Qarabağ-a vurduğumuz ilk qol hər şeyi dəyişdi” - Xulen Lopeteqi

"Rəqib öz meydanında oynayırdı. Atmosfer də bizə çətinlik yaradırdı. İstənilən halda, qələbəyə layiq oyun göstərdik. İlk qol hər şeyi dəyişdi və ondan sonra növbəti qolları vurmaq asanlaşdı"

Goal.az xəbər verir ki, bu sözləri Sevilla-nın baş məşqçisi Xulen Lopeteqi Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda Qarabağ-a qalib gəldikləri oyundan (3:0) sonra mətbuat konfransında deyib.

- Gözlədiyiniz Qarabağ-ı gördünüzmü?

- Təcrübəli komanda olması hiss olunurdu. Çox çalışmış bir komandadır. Gözlədiyim Qarabağ-ı gördüm.

- Qrupun digər oyununda Düdelange APOEL-ə qalib gəldi. Püşkdən sonrakı fikirlərinizlə ilk oyunlardan sonrakı fikirləriniz eynidir?

- Futbolda təəccüblü heç nə yoxdur. Heç vaxt öncədən “qələbə qazanmışam” düşüncəsində olmamalısan.

- Kimdən və nədən razı və narazı qaldınız?

- Hər hansı bir futbolçunu qeyd etmək istəməzdim. Komanda şəklində yaxşı bir kollektivə qalib gəldik.

- Hesab komandalar arasında fərqi göstərdimi? Ümumiyyətlə, Qarabağ barədə fikirləriniz necədir?

- APOEL-lə “Qarabağ”ın hər iki oyununu izləmişəm. Qarabağ onları yarışdan kənarlaşdıra bilərdi. Eyni zamanda, APOEL də Ajax-ı kənarlaşdıra bilərdi. Bu üzdən elə bir fərq deyə bilmərəm.

- 10 ildən sonra Qarabağ-a öz meydanında 3 qol vurmaq necə hissdir?

- Bu statistika barədə məlumatım yox idi. APOEL-ə 0:2 hesabı ilə uduzduğu oyunda da Qarabağ kifayət qədər qol vəziyyətləri yaratmışdı.

- Həftəsonu La Liqada Real-a uduzsanız, bunu uzaq səfər və Qarabağ-a qarşı oyunla əlaqələndirəcəksiniz?

- Real-la bağlı sabah danışarıq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36032 səs