21/09/2019
18:58
2150
| A A A
“Bu cür komandalar hər zaman təhlükəli olur” – Valverde

İspaniya La Liqasının cari turunda Granada ilə qarşılaşacaq Barcelona-nın baş məşqçisi Ernesto Valverde açıqlama verib.

Goal.az xəbər verir ki, son vaxtlardakı uğursuzluq haqqında danışan 55 yaşlı mütəxəssis, Lionel Messinin vəziyyəti ilə bağlı da açıqlama verib:

“Hazırda yaxşı nəticələr əldə edə bilmirik və sonralar bunun cəzasını çəkə bilərik. Osasuna ilə qarşılaşmada qalib gələ bilmədik. Bu tendensiyanı dəyişdirmək lazımdır. Bu cür oyunlar çempionatın taleyini müəyyənləşdirə bilər.

Granada çempionata yaxşı başladı. Bu cür komandalar hər zaman təhlükəli olur. Onların uğurlu başlanğıcı böyük zəhmətin nəticəsidir. Bu oyuna qalib gəlmək üçün çıxacağıq. Messi bir müddətdir zədəli olsa da, Borussia Dortmund ilə oyunda (0:0) yaxşı təsir bağışladı. Ümid edirəm ki, o, tezliklə öz formasını bərpa edəcək və nəticələrini göstərəcək”.

Qeyd edək ki, Granada – Barcelona oyunu bu gün, saat 23:00-da start götürəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36012 səs