22/09/2019
15:28
1859
| A A A
"Rəqiblərə həmişə hörmətlə yanaşırıq" - Qvardiola

Manchester City-nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 6-cı turunda Watford-u məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Goal.az xəbər verir ki, İngiltərə mətbuatına danışan Qvardiola, 8:0 hesabıyla bitən oyunu belə şərh edib:

“Qapıya endirilən 5 zərbənin də qol olması futbolçuların səviyyəsini göstərir. İlk dəqiqələrdə rəqibin təhlükəli hücumu oldu, ancaq qol vura bilmədilər. Məni ən çox sevindirən 5:0-dan sonra da futbolçularımın aqressiv oynaması oldu.

Rəqiblərə həmişə hörmətlə yanaşırıq. Məğlub ola bilərik, ancaq əsas olan oyunlara necə reaksiya verməyimizdir”.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12214 səs