22/09/2019
22:10
1098
| A A A
"Bəlkə də "Neftçi" 11 nəfərlə oynasaydı, qalib gələrdik" - Tərlan Əhmədov

"Komandama təşəkkür edirəm, baxımlı futbol oynadıq. Qol vurmasaq da, istədiyim oyunun çox hissəsini gördüm".

Goal.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqamızın 5-ci turunda bu gün "Neftçi" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, qolsuz başa çatan matçı belə şərh edib: "Məğlub da ola bilərdik. Ədalətli nəticədir. Futbolda bəzən yaxşı oynayıb, uduza da bilirsən. Bəzi məqamlar məni narahat edir. Xüsusən də, orta xətdə. Turalın bir qədər zəif çıxışı məni narahat edir. Bizi qarşıda daha ağır oyunlar gözləyir. Bu cür çıxışın davamını gətirmək lazımdır".

T.Əhmədov rəqibin azlıqda qalmasına baxmayaraq bərabər səviyyəli oyun olduğunu bildirib: "Bir xal qazanılıbsa, deməli, belə olmalı idi. O qədər olub ki, azlıqda qalan komanda qalib gəlib. Futbolçuların üzərində çox təzyiqlər var idi. Rəqib azlıqda qalsa da, uduza bilərdik. Komandanın 80 faizini dəyişmişik. Oyundan-oyuna daha baxımlıq çıxış edirik. Rəqib 11 nəfərlə oynasaydı, bəlkə də, qalib gələcəkdik".

T.Əhmədov ehtiyat oyunçularının az olmasına da münasibət bildirib: "Ehtiyatda ikinci heyət olmalıdır. Bu, yaralı yerimizdir. Ən yaxşı oyunçularımız Əfran və Cabirdir. Əfran bu gün yaxşı təsir bağışladı. Formasını bərpa etdikdən sonra daha çox köməyi dəyəcək".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36012 səs