29/09/2019
16:29
1699
| A A A
"Biz daha yaxşısına layiq idik" - Zidan

İspaniya La Liqasının 7-ci turu çərçivəsində səfərdə Atletico ilə 0:0 hesablı bərabərliyə razılaşan Real-ın baş məşqçisi Zinəddin Zidan oyundan sonra açıqlama verib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis, daha yaxşı nəticəyə layiq olduqlarını bildirib:

“Hesab 0:0 olanda daha çox risk edə bilərsiz. Bütün hücumlarımızın qarşısını alan komandaya qarşı oynadıq. Biz də müdafiədə çox yaxşı idik, amma hücumda çatışmazlığımız var idi. Bunun üzərində çalışırıq və hücum potensialımızı yaxşılaşdırmaq istəyirik. Bu oyunda qalib gələrək, 3 xal qazana bilərdik. Biz daha yaxşısına layiq idik. Bir xal qazandığımız üçün də xoşbəxtik və növbəti oyunlar haqqında düşünməliyik. Ardıcıl üçüncü oyunda da məğlub olmamaq çox vacibdir, bu işimizi davam etdirməliyik”.

Cari mövsümdə La Liqada keçirdiyi 7 oyundan sonra 15 xal toplayan Real turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36012 səs