29/09/2019
20:47
1179
| A A A
"Ponomaryovun gəlişindən sonra komandada sıçrayış var"

"Yaxşı qələbə qazandıq. Bizə inananlara təşəkkür edirik. Uşaqlar sağ olsun".

Goal.az xəbər verir ki, bu sözləri "Sabah"ın məşqçisi Rövşən Babayev Azərbaycan Premyer Liqasının 6-cı turunda "Səbail"lə keçirilən ev oyunundan (3:0) sonra mətbuat konfransında deyib.

- Hücum xəttində vəziyyət necədir?

- Ötən oyunda hücumçularımız zəif çıxış etmişdi. Sadəcə, fikirlərim düz ifadə olunmamışdı. Bu gün isə komanda şəklində yaxşı oynadıq.

- Demişdiz ki, Ponomaryovla görüşməmisiz. İndi yəqin ki, müzakirələriniz olub...

- Biz komandanı bir yerdə hazırladıq. İqor müəllimin gəlişindən sonra komandada sıçrayış var. Danışmışdıq ki, yaxşı futbol oynayıb, qələbə qazanaq.

- İqor Ponomaryov ilk oyunda qələbə qazandı. Ancaq mətbuatda bir neçə mütəxəssisin adı “Sabah”la hallanır. Sizcə, Ponomaryov qalmalıdır, yoxsa...?

- Mən bu haqda heç nə deyə bilmərəm. Bizim işimiz komandanı yuxarı qaldırmağa çalışmaqdır.

- Bu qələbənin böyük geridönüşün başlanğıcı olduğunu demək olar?

- 3 xal çox vacib idi.

- Ukraynalı mütəxəssis Yuri Vernidub stadionda idi...

- Məlumatım yoxdur.

- “Sabah”ın qollarının heç birini hücumçular vurmadı...

- Futbol komanda oyunudur.

- Bəs amplualar üzrə bölünmə niyədir?

- Sadəcə, bu gün fikirləşdiklərimiz alındı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36021 səs