04/10/2019
09:55
1469
| A A A
"Qarşıdakı iki oyunumuz maraqlı və gərgin keçəcək" - Qara Qarayev

"Biz "Düdelanj"a hörmət edərək gəlmişdik. Yaxşı qələbə qazandıq. Çalışacağıq ki, növbəti oyunlarda bu nailiyyəti təkrarlayaq".

Goal.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Lüksemburqda "Düdelanj"a 4:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının II tur matçı barədə danışarkən deyib.

Q.Qarayev ilk yarıdakı erməni təxribatına da münasibət bildirib: "Biz artıq belə təxribatçı əməllərə hazırıq. Avropa Liqası matçında qondarma qurumun bayrağını göstərmək kimi ucuz reklam yalnız ermənilərə məxsus ola bilər. Bu, xoşagəlməz hal idi. Nəticənin xeyrimizə olduğu anda sakit olmağa çalışmalı idik. Baş məşqçimiz bizi toplayaraq tapşırıqlarını verdi. Oyunçularla danışdıq ki, daha səbrli olaq. Belə şeyləri yalnız ermənilər edə bilər".

Qarayev Kipr APOEL-i ilə keçirəcəkləri qarşıdakı iki oyunun həlledici ola biləcəyinə diqqət çəkib: "Düşünürəm ki, maraqlı qrupda oynayırıq. Qarşıdakı iki oyunumuz maraqlı və gərgin keçəcək. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə göstərək".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36012 səs