08/10/2019
10:32
1013
| A A A
"Azərbaycanın Xorvatiya ilə matçda bir xal qazandığını gördük"

"Qrupumuzda mübarizə fəallaşdı və əvvəlki turda Azərbaycanın Xorvatiya ilə matçda bir xal qazandığını gördük".

Goal.az xəbər verir ki, bunu Macarıstan millisinin futbolçusu Roland Sallai Xorvatiya və Azərbaycan yığmasına qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə mərhələ matçlarından öncə deyib.

Almaniya "Frayburq"unda çıxış edən 22 yaşlı hücumçu Xorvatiyanı səfərdə məğlub etmək ehtimalı ilə bağlı sualı cavablandırmaqda çətinlik çəkdiyini bildirib: "Hər bir oyunçu bu suala fərqli yanaşır. Bunu etmək üçün baş məşqçi Marko Rossinin təlimatlarına əməl etməli və millinin formasını geyinməkdən qürur duymalıyıq. Bir-birimiz üçün, ölkəmiz naminə mübarizə aparmalı və Avropa çempionatına çıxmalıyıq".

Qeyd edək ki, Macarıstan yığması Xorvatiya ilə oktyabrın 10-da səfərdə, Azərbaycanla isə 3 gün sonra evdə qarşılaşacaq.(report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36012 səs