20/10/2019
12:55
2192
| A A A
"Türkiyə yığması ilə bağlı məsələni şərh etməyəcəm" - Pioli

Goal.az Stefano Pioli-nin Milan-da Lecce ilə oyun öncə ilk mətbuat konfransı təqdim edir:

Zaman: Müəyyən nəticələr ilk beş oyundan sonra, yığmalarla oyuna qədərki fasilədə çıxarmaq olacaq. Amma bizim məqsədimiz qarşıdakı oyunu qazanmaqdır. Bu hər oyunda belə olacaq.

Təssüratlar: Məni ən çox heyran edən Milanello oldu. Elə bir hiss var ki, mən çoxdandır buradayam. Komandada Milan-ı sevən insanlar işləyir və buda çox kömək edir. Mən komandanın potensialına inanıram və bizdə alınacaq. Meydanda vahid birlik olmalıdır.

Jurnalistlər məşqçiləri tələyə salmağı sevirlər. Amma məşqçi hər şey etməli və ən kiçik məqamlar üzərində çalışmalıdır. Bizim hələ komanda ilə tanış olmağımıza ehtiyac var. Mən bütün məqamlara diqqət edirəm: bərpa proqramından tutmuş qidalanmaya kimi. Bunların hamısı vacibdir ki, komanda meydanda maksimum bacarığını ortaya qoya bilsin.

Komanda: Biz bir yerdə hələ çox az vaxt keçirmişik. Əsas olan diqqətli olmaq və səmimilik idi və bunların hamısı da var. Amma hər şeydən vacib sabahkı oyundur. Nümayiş etdirməliyik ki, hamımızın vəziyyətə baxışımız eynidir.

Kşiştof Pyontek: Mən həmişə individual söhbətlər edirəm. Ona çox inandığımı demişəm. Biz Milan-dayıq və demək hansısa dəyərə sahibik. Bunu meydanda nümayiş etdirmək lazımdır. Əsas heyətdə sabah olacağını deyə bilmərəm hələki. Mən axşam baş tutan oyunların start heyətini səhər dəqiqləşdirirəm. Bu gün start heyəti baxımından çox vacib gün olacaq.

Təzyiqlər: Biz sabahkı oyuna görə hər şeydən imtina etdik və bu onu göstərir ki, futbolçular üzərində böyük cavabdehlik hiss edirlər. Toplanışlar daha əvvəlki kimi deyil. Hamı artıq imkanlara malikdir və telefonla da oynayırlar. Professional və cavabdehlik daşımaq lazımdır.

Məşqçi dəyişkənliyinin effekti: Oyunun ideyası meydandadır və on günə bunu anlamaq mümkündür. Biz ideal olmağa çalışacağıq və bunun üçün çox diqqətli olmalıyıq. Bunu futbolçulardan gözləyirəm.

Perspektivlər: Mən futbolçulardan nəyin düz olmaması barədə heçnə soruşmamışam. Sabah bizim üçün yeni yol başlayır. Sabahkı oyun mənim işimin istiqamətini müəyyənləşdirəcək. Mənə lazım olan informasiyanı alacam.

Sabah stadionda çox azarkeş olacaq və maksimum gücümüzü meydanda qoymalıyıq. Bunu özümüz, klub və azarkeşlərimiz üçün etməliyik. Biz turnir cədvəlində harada qərarlaşmağımızdan xəbərdarıq. Bura layiq olmadığımızı sabah göstərməliyik.

Təyinat: Mən böyük tarixi olan perspektivli komandada çalışmaq istəyirdim. Burada olmaq böyük şərəfdir. Milanı çalışdırırsansa qorxmağa ehtiyac yoxdur. San Sirodakı oyun əlavə motivasiya olmalıdır. Mən bu səviyyə üçün özümü hazırlıqlı hiss edirəm. İyirmi il bundan qabaq belə deyildim. Neqativ təcrübələr mənim yaxşı olmağıma kömək etdi. Sabah mənim 54 yaşım tamam olur və düşünürəm ki, burada olmağıma layiqəm.

Rəhbərlik: Mən həmişə komandada hərənin öz işi ilə məşğul olmasının tərəfdarı olmuşam. Bu cür də bizdə baş verir.

Rafael Lyao: O mənə daha çox mərkəz hücumçusu təsirini bağışlayır, nəinki vinger kimi. Onun çox yaxşı potensialı var və bu öz nəticəsini verə bilər.

Hakan Çalhanoğlu: Onu hücumçulara yaxın oynatmaq olar, belə ki, bu halda O rəqib müdafiəçilərinə çox çətinliklər yaradır. Mən futbolçuların xarakterinə uyğun seçimlər edəcəm. Türkiyə yığması ilə bağlı məsələ? Bunu şərh etməyəcəm.

Lukas Paketa: O mənim çox xoşuma gəldi. Son günlərdə də özünü çox yaxşı tərəfdən göstərir. Hamı oynamaq istəyir və oynayacaqlarda. Buna görə hamı hazır olmalıdır. Paketa hər iki oyun fazasında xeyrli ola bilər.

Start heyət: Mən səhv etməməyə çalışıram. Güclü olanlar oynayacaq, amma əvəzetmədən daxil olanlarda maksimum əlindən gələni etməlidirlər. Hətta üç dəqiqəlik meydana daxil olsalarda. Mən artıq Rebiç və Biglia'nı çalışdırmışam. Ante həmin vaxtdan sonra çox inkişaf edib və oyuna daha çox uyğunlaşa bilir. (acmilan.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39689 səs