27/10/2019
19:01
1296
| A A A
Tale Heydərov Qarabağ-dan yazdı - "Bu, bir komandadan daha artıqdır"

"Qəbələ"nin fəxri-prezidenti Tale Heydərov "Qarabağ"dan yazıb.

Goal.az xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri olan Heydərov "Cümə axşamı gecəsinin işıqları" adlı məqaləsində Ağdam klubunun avrokuboklardakı uğurlu çıxışından, Lüksemburqdakı erməni təxribatından söz açıb. O, Azərbaycan və Ermənistan arasında 30 ildən çoxdur davam edən Dağlıq Qarabağ münaqişəsinə də toxunub:

"ABŞ-da bazarertəsi gecəsi futbolun sinonimi sayılır. Bu, digər dünyanın "gözəl oyun" adlandırdığı Amerika futboludur. Ancaq Avropada, xüsusilə də Azərbaycanda əsl futbol üstünlük təşkil edir. Qitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqası Azərbaycanın idman həyatının ayrılmaz hissəsinə çevirilib. Bu yarış ölkəninin Avropa xalqları ilə əlaqə yaratmasına kömək etməklə yanaşı, yeni turizim dalğası və əvvəllər qərblə şərq arasındakı bu yol haqqında heç nə bilməyən əcnəbi qonaqlar üçün qapı açıb.

"Qəbələ" Futbol Klubunun prezidenti olduğum dövrdən futbolun gənclərin komanda idman növlərinə cəlb olunmasında və qürur hisslərinin artırılmasında oynaya biləcəyi birbaşa roldan xəbərdaram. Təsadüfi deyil ki, İngiltərə futbolu və "Arsenal"ın əfsanələrindən Toni Adamsı klubu idarə etməyə dəvət etdik və ona hazırda ölkənin gənc istedadlarının böyük inkubatoru olan Qəbələ Futbol Akademiyasını yaratmaq imkanı verdik.

Futbol klubların loyallığı baxımından adətən şəhərləri, icmaları, hətta ailələri də bölür. Buna baxmayaraq, Azərbaycanda keçirilən avrokubok oyunlarını bütün xalq izləyir. Xüsusilə də əgər hazırkı Azərbaycan çempionu "Qarabağ" oynayırsa... 2017-2018 mövsümündə Çempionlar Liqasında qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu UEFA yarışlarında ümumilikdə 87 oyun keçirib, onların 33-də qələbə qazanıb, 22-də heç-heçə edib. Qrupdakı ilk oyununu "Sevilya"ya qarşı keçirən "Qarabağ" oktyabrın 3-də Lüksemburqda "Düdelanj"ı 4:1 hesabı ilə məğlub etmişdilər. Bu həftə isə onlar avqustda Nikosiyada 2:1 hesabı ilə məğlub etdikləri APOEL-lə heç-heçə oynadı. Bu cür Avropa klubları ilə qarşılaşma Azərbaycan futbolunun keyfiyyətini yüksəltməklə yanaşı, Messi və Ronaldodan ilhamlanan yaxşı futbolçuların yetişməsinə də təkan verəcək.

Ancaq yerli azarkeşlərin "Qarabağ"ı dəstəkləmələrinin daha ciddi səbəbi var. Bu, bir komandadan daha artıqdır. Onlar daha böyük məfhumun rəmzidir. 1951-ci ildə yaranmış komanda Dağlıq Qarabağ bölgəsində yerləşən Ağdam şəhərini təmsil edir. "Qarabağ"ın təsirli bir ləqəbi də var - "hər zaman evindən uzaqda oynayan komanda". 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsinin qızğın vaxtında Ermənistan silahlı qüvvələri Ağdamı işğal etdi. Komandanın o vaxtkı baş məşqçisi Allahverdi Bağırov minaya düşüb, şəhid oldu. O, cəsur vətənpərvər idi. 1992-ci ildə törədilən Xocalı faciəsi zamanı xeyli Azərbaycan vətəndaşını xilas etmişdi.

"Qarabağ" işğaldan sonra 1966-cı il dünya çempionatında İngiltərənin Qərbi Almaniya üzərində qələbəsində həlledici rol oynayan yan xətt hakimi Tofiq Bəhramovun adını daşıyan Rüspublika stadionuna köçdü.

Faktdır ki, "Qarabağ" erməni işğalına görə indiyə kimi evində oynaya bilmir. Bu, hələ də qanayan yaradır. Onlar tez-tez təxribatla üzləşirlər. "Düdelanj"la oyunun 20-ci dəqiqəsində erməni nümayişçiləri dron vasitəsilə stadionda qondarma Dağlıq Qarabağ Resoublikasının bayrağını açmışdılar. İdmanda bu cür təxribatçı hərəkətlərə yer yoxdur. Bu addım yalnız iki xalq arasında düşmənçilik hissini daha da artırır.

İki ölkə arasında münaqişə 30 ildən artıqdır davam edir. BMT Təhlükəsizlik Şurasının Ermənistanı işğal olunmuş əraziləri tərk etməyə çağıran 4 qətnaməsi də heç bir nəticə vermədi. Yüz minlərlə azərbaycanlı insan, qadın, uşaq ölkə daxilində məcburi köçkün kimi yaşayır.

Hələ ki, "Qarabağ"a stadionlarda azarkeşlik edir və uğurlarına sevinirik. Amma hər qələbə sonradan yenə kədərlə boyanır. Amma ümid edirəm ki, tezliklə beynəlxalq təşkilatlar onların öz stadionlarında oynaması və problemə son qoyulması üçün lazımı diqqəti ayıracaq".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39740 səs