29/10/2019
09:47
562
| A A A
"Bir xal bizim üçün yaxşı olardı" - Aftandil Hacıyev

"Maraqlı oyun alındı. Birinci dövrədə böyük hesabla uduzmuşduq. Bu gün isə hər iki kollektiv qələbə qazana bilərdi. İlk yarıda qol epizodlarımız oldu. Son ötürmələrdə dəqiqlik yox idi. Bu isə bizi narahat edir. "Qarabağ" kimi rəqibə qarşı belə mübarizə aparmaq müsbət haldır. İkinci dövrədə xal qazana bilmirik və bu, bizi razı sala bilməz. Matçı unudub, növbəti görüşə hazırlaşmalıyıq".

Goal.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın IX turunda səfərdə "Qarabağ"a məğlub olduqları (0:1) matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, meydana qələbə üçün çıxmışdılar: "Bir xal bizim üçün yaxşı olardı. Çalışdıq, əziyyət çəkdik. "Qarabağ"ı tək biz yox, digər komandalar da məğlub edə bilmir. Bu, rəqibin səviyyəsindən xəbər verir".

Məşqçi hücumçusu Mirabdulla Abbasov barədə də danışıb: "Onu taktiki gedişə görə start heyətdə meydana buraxmadıq. "Qarabağ"ın hücumlarının qarşısında tab gətirmək Maykl Essyen üçün də çətin idi".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39742 səs