02/11/2019
11:12
5619
| A A A
"O vaxt Mbappe bizimlə şəkil çəkdirmək istəyirdi, indi biz onunla" - Zubir

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Azərabaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Neftçi" ilə heç-heçə etdikləri (0:0) matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Rəqib çətin və güclü idi. Əvvəlcədən demək olmaz ki, "Qarabağ" istənilən oyunda çıxıb, qələbə qazancaq. Düzdür, birinci hissədə fərqli oynadıq. Qol vurmaq şanslarımız da var idi. Amma ikinci hissədə daha çox müdafiə olunduq. Xeyli güc sərf etdik. Necə ki biz onları udmaq istəyirdik, onlar da bizə qalib gəlmək istəyirdilər. Nəticə də bunu göstərir.

- Avroliqa oyunları da daxil, son 4 qarşılaşmanı nəzərə alsaq, komanda cəmi 1 qələbə qazanıb. Matçlar daha gərgin keçir - APOEL-lə 2:2, "Qəbələ" ilə 1:1. Yalnız "Səbail"lə matçda qalib gəlmisiniz. Əvvəlki "Qarabağ"ı, 7 oyuna 7 qələbə qazanan komandanı görə bilmirik.

- Heç bir şey baş verməyib. Biz ənənəvi oyunumuzu göstərməyə çalışırıq. Amma siz də nəzərə almalısınız ki, rəqiblərimiz asan rəqiblər deyil. Hər oyunu qələbə ilə bitirmək mümkün deyil.

- Qarşıda APOEL-lə görüşünüz var. Bu komanda ilə Nikosiyada oynadığınız matçda çox yaxşı çıxış etmişdiniz. Amma sonrakı oyunlarda, xüsusilə, 2:2 hesablı heç-heçə etdiyiniz görüşdə sizə sanki çox diqqət edirdilər, öz oyununuzu göstərə bilmirdiniz. APOEL-ə qarşı birinci oyundakı Zubiri görə bilərik?

- Özünüz də qeyd etdiniz ki, ilk matçda yaxşı çıxış etmişdim. Dediyiniz kimi, yəqin ki, onlar bizim oyunumuzu analiz ediblər. Hər dəfə onlara qarşı daha çətindir. Çünki qapanırlar, boşluq buraxmırlar. Ona görə də bacardığımızı göstərmək bizə də çətin olur.

- APOEL-lə oyun həlledici olacaq. Məğlubiyyət hər şeyin sonu ola bilər. Bir xal isə daha yaxşı olar. Bu, bir az təzyiq yaradırmı?

- Azarkeşlərin, ölkənin bizdən gözləntilərini başa düşürük. Vacib qarşılaşmadır. Komandada kifayət qədər təcrübəli oyunçular var. Yəni bu cür matçlarda çox oynamışıq. Ona görə də çalışacağıq ki, əlimizdən gələni edib, yaxşı nəticə qazanaq.

- Fransanın Futzal millisində çıxış etdiyiniz vaxt çəkilən şəklinizdə qarşınızda balaca uşaq dayanıb. Hamı deyir ki, o, Kilian Mbappedir.

- Düzdür, orada akademiya vardı. Ölkənin ən istedadlı uşaqları orada yığılırdılar. O vaxt gəlib, demişdilər ki, biz də millinin fanatıyıq, sizinlə şəkil çəkdirmək olar? İndi isə vəziyyət fərqlidir, biz onunla şəkil çəkdirmək istəyərik.

- İndi Mbappe sizi görsə tanıyar?

- Yox, o vaxt onun 12-13 yaşı olub.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
532 səs