07/11/2019
14:16
1316
| A A A
"Deyəcək tək şey var, o da heyf" - Terim

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Real-a məğlub olan Galatasaray-ın baş məşqçisi Fatih Terim açıqlama verib.

Goal.az xəbər verir ki, Terim, 0:6 hesabıyla bitən görüşü belə şərh edib:

“Açığı, oyun və məğlubiyyət haqda deyəcək tək bir şey var, o da heyf. Sadəcə, oyunda fərqli nəticə aldığımız üçün məyus olmadıq, həm də utandıq. İlk 10 dəqiqəni 0:3 hesabıyla başlamaq çətindir. Heç bir baş məşqçinin planında olmur belə şeylər.

Məğlubiyyət ola bilər, ancaq bu gün meydanda mübarizə də yox idi. Sadəcə, heyf. Qarşıda oyunlarımız var. Çox məyusuq, azarkeşlərimiz də məyusdur. Daha əvvəldən 10-cu, 12-ci dəqiqədə 0:3 hesabıyla başlayırsızsa, Real-la oyunda bu nəticə hələ az olar. Deyəcək tək şey var, o da heyf”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39740 səs