11/11/2019
14:03
3462
| A A A
“Manchester City-ni məğlub etməyin tək yolu bu idi” – Klopp

Liverpool-un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 12-ci turunda Manchester City-ni 3:1 hesabıyla məğlub etdikləri oyundan sonra açıqlama verib.

Goal.az xəbər verir ki, alman mütəxəssis, futbolçularının çox yaxşı çıxış etdiyini bildirib:

“Bu gün Manchester City yaxşı çıxış etdi. Ən yaxşı şəkildə müdafiə olunmağa məcbur olduq, amma eyni zamanda, inanılmaz qollar vurduq. Oyun çox gərgin keçdi. Futbolçular oyuna çox yaxşı köklənmişdilər. Manchester City-ni məğlub etməyin tək yolu bu idi.

Manchester City ilə keçirdiyimiz bütün oyunlar çox yaxşı alınır, keçən mövsüm öz meydanımızda keçirdiyimiz oyun istisna olmaqla. O matç daha ehtiyatlı keçmişdi. Bu, ən yaxşı oyunumuz deyildi, amma bunu bəyəndim”.

52 yaşlı mütəxəssis, Manchester City-nin verilməyən penalti epizodu ilə bağlı da danışıb:

“Bizim ilk qolumuzdən əvvəlki mübahisələri gördüm. Burda əsas problem VAR sistemidir. Mənim üçün isə heç bir problem yoxdur. Bu gecə bu qələbəni qeyd edəcəm”.

Premyer Liqada keçirdiyi 12 turdan sonra xallarının sayını 34-ə çatdıran Liverpool turnir cədvəlinin ilk pilləsində qərarlaşıb və Manchester City-ni 9 xal qabaqlayır.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1029 səs