03/12/2019
10:20
869
| A A A
"Qarabağ-da qalmaq istəyərdim" - Asmir Beqoviç

"Çətin oyun oldu. Sona qədər vuruşduq. Bir az bəxtimiz gətirmədi. Daha çox qol vurub, rahat qələbə qazana bilərdik. İstənilən halda çox vacib 3 xal əldə etdik".

Goal.az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Asmir Beqoviç Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra söyləyib.

32 yaşlı qapıçının sözlərinə görə, "Sabah" yaxşı təşkilatlanmış komandadır: "Avropa Liqası və Azərbaycan Premyer Liqası fərqli çağırışlardır. Hər oyuna köklənməliyik".

Müqavilə ilə İngiltərənin Bournemouth kluna məxsus olan, "Qarabağ"da 6 aylıq icarə əsasında çıxış edən Bosniya və Herseqovinadan olan qolkiper Azərbaycanda qalmaq istədiyini bildirib: "İcarə müqaviləmin müddəti yanvarın 1-ə qədərdir. Ona görə də İngiltərəyə qayıtmalıyam. Təbii ki, "Qarabağ"da qalmaq istərdim. Amma hər şey mənim istəyimdən asılı deyil. Bu, iki klub arasında olan məsələdir".

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1029 səs