07/12/2019
12:45
2535
| A A A
"Beyl dünyanın ən yaxşı futbolçularından biridir"

Qaret Beylin agenti Conatan Barnet müştərisinin Real Madrid-dəki durumu ilə bağlı danışıb.

Goal.az xəbər verir ki, O, Beylin “Kral klubu”ndan ayrılıb-ayrılmayacağı ilə bağlı qəti fikir söyləməyib. Amma bildirib ki, Beylin Real-da olması Zidanı sevindirməlidir:

“Qaret hazırkı vəziyyətindən məmnun deyil. Amma onun Real-la müqaviləsi var. O, bütün oyunlarda qüvvəsini tam sərf edəcək.

Fakt və statistika göstərir ki, Beyl meydanda olanda Real-ın qələbə şansı daha çox olur. Heç kim onu, bütün qüvvəsini meydanda sərf etməməkdə ittiham etməyib.

Beyl dünyanın ən yaxşı futbolçularından biridir. Məşqçi sevinməli və qürur duymalıdır ki, belə bir futbolçu onun komandasında oynayır.

Onun gedəcəyi ilə bağlı qəti söz demək olmaz. Əgər sərfəli təklif alsa və getmək istəsə, ondan biz Real-la rəhbərliyi ilə danışıqlar stolu arxasında oturub variantları müzakirə edəcəyik”.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
11874 səs