14/12/2019
16:21
2518
| A A A
"Çətin oyun olacağını bilirik" - Valverde

Barcelona-nın baş məşqçisi Ernesto Valverde La Liqanın 17-ci turunda Real Sociedad-la qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Goal.az xəbər verir ki, “Marca” nəşrinə danışan Valverde, onları çətin səfər matçının gözlədiyini deyib:

“Uzun illərdir ki, Real Sociedad-la səfər matçlarımız çox çətin keçir. Son oyunlarda qələbə qazanmışıq, ancaq bu, asan deyildi. Rəqib indi çox yaxşı futbol oynayır. Çətin oyun olacağını bilirik. Rəqib komanda topu itirdikdən sonra dərhal da geri qazanmağa çalışır. Real Sociedad-dan sonra da Real-la oynayacağıq. Hər iki oyunun əhəmiyyəti eynidir”.

Bu gün keçiriləcək Real Sociedad – Barcelona matçı saat 19:00-da start götürəcək.