19/12/2019
14:47
5716
| A A A
"Barcelona kimi rəqibin..." - Zidan

"Biz bu oyunda qələbə qazanmağa layiq idik".

Goal.az xəbər verir ki, bu sözləri Barcelona ilə ötən gecəki qarşılaşmadan sonra Real-ın baş məşqçisi Zinəddin Zidan deyib.

O, qolsuz bitən "el klasiko"da komandasının qələbəyə layiq olduğunu vurğulayıb. "Fikrimcə, qələbə üçün yaxşı şansımız vardı. Nou Kamp kimi əzəmətli arenada, Barcelona kimi rəqibin qapısı önündə bu qədər qol vəziyyəti yaradırsansa, bundan istifadə etmək lazımdır. Amma neyləmək olar, bu futboldur, heç də həmişə istədiyin olmur. Oyuna görə futbolçularımdan çox razıyam və buna görə onları təbrik edirəm".

Qeyd edək ki, ötən gecə 0:0 bitən "el klassko"dan sonra Barcelona və Real La Liqada əvvəlkitək eyni xalla 1-2-ci yerləri bölüşdürür.