06/02/2020
20:51
2643
| A A A
"Bu qədər mükafat qazanacağım ağlıma da gəlmirdi"

Juventus-un futbolçusu Kriştiano Ronaldo 35 illik yubileyi münasibəti ilə "A Bola" nəşrinə müsahibə verib.

Goal.az xəbər verir ki, o, müsahibə zamanı bildirib ki, uşaq vaxtı 35 yaşında balıqçı olacağını düşünüb:

"Uşaq vaxtı düşünürdüm ki, 35 yaşım olanda Madeyrada balıq tutacağam. Belə yerlərdə oynayıb, bu qədər mükafat qazanacağım ağlıma da gəlmirdi".

Portuqaliyalı hücumçu altıncı Çempionlar Liqasını qazanmaq imkanın da olduğu söyləyib: "Juventus-da bunu edə bilərəm.

Belə çətin turnirdə hər şey bir çox amildən asılı olur. Amma hesab edirəm ki, bu, mümkündür. Çünki yaxşı komandamız var. Biz addım-addım irəli gedirik". (sportinfo)