07/02/2020
11:02
1490
| A A A
"İndi dünyada müdafiə futbolunun dövrü sona çatıb"

İtaliya millisinin baş məşqçisi Roberto Mançini açıqlama verib.

Goal.az xəbər verir ki, 55 yaşlı mütəxəssis AÇ-2020-nin planlarından və yığmanın oyun stilindən danışıb.

İtaliya Avropa çempionatında Uels, İsveçrə və Türkiyə ilə eyni qrupdadır: "Hücum futbolunu sevirəm. İtaliya özünəməxsus oyun anlayışı ilə 4 dəfə dünya kubokunu qazanıb.

Ancaq indi dünyada müdafiə futbolunun dövrü sona çatıb. Fikrimcə, hücum futbolu nümayiş etdirməliyik. Avropa çempionatı üçün həyəcanlıyıq.

Yığmanı gəncləşdirməyə çalışdıq və bunu bacardıq. Komanda üzvləri bir-birini yaxşı anlayır. Azarkeşlərimizi sevindirmək istəyirik".