15/02/2020
15:44
1515
| A A A
"Həmişə daha yüksəklər üçün oynamalısan"

Borussia Dortmund-un futbolçusu Erlinq Holand Bundesliqada yanvar ayının ən yaxşısı oyunçu seçilib.

Goal.az xəbər verir ki, 19 yaşlı futbolçu Almaniyadakı uğurlu çıxışı ilə yanaşı, gələcək karyerası ilə bağlı da danışıb:

“Həmişə xəyalım dünyanın ən yaxşı oyunçularından biri olmaqdır. Mən hər zaman inkişaf etmək barədə düşünmüşəm. Gənc olduğum üçün qarşımda uzun bir yol var. Çalışıram ki, daha da irəli gedim. Hazırki uğurlarla kifayətlənmək olmaz. Məsələn, Mbappeyə baxın. Hər il Fransa çempionatında qol vurur və rekordlar qırır. Futbolda həmişə daha yüksəklər üçün oynamalısan”.

Qeyd edək ki, Holand komandası ilə keçirdiyi 5 görüşdə 8 qol vurub.