"Yaxşı baş məşqçi olmaq istəyirsizsə, onların oyununu izləyin"
Leipzig-in 32 yaşlı baş məşqçisi Yulyan Naqelsmann açıqlama verib.
Goal.az xəbər verir ki, Bundesliqa tarixinin ən gənc baş məşqçisi Yurgen Kloppla Pep Qvardiolaya heyran olduğunu deyib:
"Liverpool inanılmaz dərəcədə dəyişdi. Klopp ilk iki mövsümündə əks-hücum modelini tətbiq edirdi. Əgər yaxşı baş məşqçi olmaq istəyirsinizsə, Liverpool-un oyununu izləməlisiniz.
Bu mövsüm Leipziflg-i də bu sistemlə irəli aparmaq istəyirik. Sadəcə, pressinq və əks-hücumlarda daha yaxşı olmalıyıq.
Liverpool demək olar, çempionluğu təmin edib. Ancaq hələ də qələbəyə ac şəkildə meydana çıxırlar. Liverpool-la Manchester City-in oyunlarını tez-tez izləyirəm. Pep Qvardiolanın komandasının topa sahib olma sistemindəki maraqlı taktikalarını araşdırıram". (sportinfo)
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR