17/02/2020
15:57
1518
| A A A
"Çempionlar Liqası üçün mübarizə aparacağıq"- Sulşer

Manchester United-in baş məşqçisi Ole Qunnar Sulşer Çempionlar Liqasının klubun nüfuzuna olan təsirindən danışıb.

Goal.az xəbər verir ki, norveçli mütəxəssis Avropanın ən nüfuzlu turnirində olmaq istədiklərini açıqlayıb:

"Çempionlar Liqası kluba daha çox pul gətirir. Əlbəttə ki, bu turnirə vəsiqə qazanmaq üçün mübarizə aparacağıq. Mövsümün sonuna qədər yaxşı oynasaq və bu istəyimiz oyunçuların çıxışına təsir edərsə, onları buna inandırmaq daha asan olar. Ancaq gələn mövsüm Çempionlar Liqasında çıxış edib-etməməyimiz oyunçu transferlərinə təsir etməyəcək”.

Qeyd edək ki, Manchester United 25 oyundan sonra 35 xalla Premyer Liqada 9-cu yerdədir. (matc.az)