24/02/2020
15:11
2905
| A A A
“Güclü heyətə sahib bir komanda ilə qarşılaşacağıq"

Napoli-nin baş məşqçisi Cennaro Qattuso Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək Barcelona görüşü barədə fikirlərini bölüşüb.

Goal.az xəbər verir ki, italiyalı mütəxəssis rəqibdən çəkinmədiklərini bildirib:

“Güclü heyətə sahib bir komanda ilə qarşılaşacağıq. Çətin olacağını bilirik. Ancaq mən və komandam son 10-15 ildə dünyanın ən yaxşı kollektivindən bir ilə oynamağın qürurunu yaşayırıq. Qətiyyən qorxmamalıyıq. Rəqibə hörmətlə yanaşmalı və hər iki görüşüdə də tam motivasiyya ilə çıxış etməliyik”.

Qeyd edək ki, Napoli – Barcelona oyunu fevralın 25-də keçiriləcək. Tərəflər arasında cavab qarşılaşması isə martda 18-də oynayacaq.