04/03/2020
11:33
1434
| A A A
"Kədərli ssenarilər barədə düşünmək istəmirik"

"AVRO-2020 12 ölkədə təşkil olunacaq. Hazırda müxtəlif məsələlərlə məşğuluq və onların sırasında koronavirus epidemiyası da var".

Goal.az-ın məlumatına görə, bu sözləri Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) prezidenti Aleksandr Çeferin Niderlandın paytaxtı Amsterdamda təşkil olunan UEFA Konqresində çıxışı zamanı deyib.

Sloveniyalı funksioner koronavirus epidemiyasının turnirin keçirilməsinə mane olmayacağına əminliyini bildirib: "İnanırıq ki, Avropa çempionatı baş tutacaq. Biz nikbinik. Kədərli ssenarilər barədə düşünmək istəmirik".

Qeyd edək ki, Avropa çempionatı 12 iyun - 12 iyulda qitənin 12 şəhərində keçiriləcək. AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu bu arenada gerçəkləşəcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.