16/02/2022
23:28
1635
| A A A
Abdullah Zubir: "Qarabağ-ın imicini qorumaq üçün əlimizdən gələni edəcəyik"

"Meydanda əlimizdən gələni edəcəyik ki, klubun müsbət imicini qoruyaq".

Goal.az xəbər verir ki, bunu Qarabağ-ın futbolçusu Abdullah Zubir Fransada Marseille-ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi matça ciddi hazırlaşdıqlarını bildirib: "Təcrübəli rəqiblə oynamaq üçün gəlmişik. Burada yaxşı oyun göstərmək istəyirik. Cavab matçı üçün nəticəmizin daha yaxşı olmasına çalışacağıq".

Təcrübəli oyunçunun sözlərinə görə, üç ildən sonra yenidən Fransada meydana çıxacağı üçün məmnundur: Marseille xüsusi klubdur. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Komandamız daha çox hücum futboluna üstünlük verir. Rəqiblərin oyununu daim məşqçilər heyəti ilə müzakirə edirik".

Zubir Lens-dən ayrıldıqdan sonra Qarabağ-ı seçməsinin səbəbini də açıqlayıb: "Düzdür, Lens şəhərindən Marselə gəlmək daha asan olardı, nəinki Bakıya getmək. Amma mənim üçün orada da hər şey rahatdır".

Qeyd edək ki, fevralın 17-də Velodrom stadionunda oynanılacaq Marseille - Qarabağ qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. (report)