12/09/2019
10:36
1102
| A A A
"Millidəki pozitiv hissi özümlə Aue-yə gətirdim" - Dmitri Nazarov

"Uels və Xorvatiya ilə oyunlarda, demək olar ki, sona qədər meydanda oldum. Bu isə mənə vacib olan oyun praktikası qazandırdı".

Goal.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov deyib.

Yığmanın AVRO-2020-nin seçmə mərhələsində Uels (1:2) və Xorvatiya (1:1) ilə matçlarından sonra Almaniyaya qayıdan Nazarov klubu "Aue"yə qoşulub.

29 yaşlı futbolçu Almaniya mətbuatına qısa açıqlamasında Xorvatiya bərabərliyi ilə bağlı təəssüratların bölüşüb: ​"Biz böyük bir mübarizə apardıq və bütün ölkəni xoşbəxt etdik. Bu pozitiv hissi özümlə "Aue"yə gətirdim".

Nazarov sentyabrın 15-də II Bundesliqanın VI turu çərçivəsində "Osnabrük"lə keçiriləcək ev matçında iştirak etmək istəyir: "Bazar günü meydanda olmaq istəyirəm. Özümü burda rahat hiss edirəm. Çünki oyun zamanı sərbəstlik qazanıram. Yeni baş məşqçi Dirk Şusterin komandalarına qarşı çox oynamışam. Düşünürəm ki, o, mənim oyun keyfiyyətlərimə bələddi".(matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33991 səs