12/09/2019
15:50
5145
| A A A
UEFA açıqladı: Azarkeşləri Qarabağ-ı 1-ci etdi

UEFA, 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsində iştirak edən və azarkeşləri rəsmi sosial şəbəkə hesablarında ən aktiv olan klubların adlarını açıqlayıb.

Goal.az xəbər verir ki, siyahının ilk pilləsində son Azərbaycan çempionu Qarabağ-dır. Bu mövsüm Avropa Liqasında iştirak edən Ağdam təmsilçisinin izləyicilərinin orta fəallıq göstəricisi 29,9-dur. İkinci yerdə 23,7 göstərici ilə Serbiya Crvena Zvezda-sı, 3-cü isə 21,5 göstərici ilə Ajax-dır.

Sosial şəbəkələrdə ən çox izləyicisi olan klub isə Real Madrid-dir. “Kral klubu”nun 222 milyon izləyicisi var.

UEFA bu statistikanı “facebook”, “instagram”, “youtube” və “tvitter”də iyul ayı üçün olan göstəricilər əsasında hazırlayıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33962 səs