16/07/2019
13:09
2720
| A A A
Zeedorf istefaya göndərildi

Kamerun millisinin baş məşqçisi Klarens Zeedorf vəzifəsindən ayrılıb.

Goal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis, Kamerun yığmasının Afrika Millətlər Kubokunda mübarizəni 1/8 finalda dayandırmasından sonra tutduğu postdan göndərilib.

Zeedorf, 2018-ci ilin avqustun 4-dən Kamerun millisinə başçılıq edirdi.