22/05/2020
20:43
2340
| A A A
Ronaldonun istədiyi transferə Sarri yox dedi

Juventus-un hücumçusu Kriştiano Ronaldo Federiko Kyezanı komandada görmək istəyir.

Goal.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Ronaldonun Fiorentina-nın yarımmüdafiəçisini “qoca sinyora”da görmək istədiyi və bununla bağlı klub rəhbərliyi ilə danışdığı bildirilir. Lakin komandanın baş məşqçisi Mauritsio Sarri Kyezanın transferinə qarşıdır və pulun digər transferlərə xərclənməsini istəyir.

Fiorentina 22 yaşlı futbolçunun transferindən 60 milyon avro qazanmağı hədəfləyir.

Kyezanın “Fiorentina” ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır. (sportinfo)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6156 səs