25/05/2020
11:38
467
| A A A
Avropada qazanılan ilk titul - Belarusda məlum oldu

Belarus Kubokunda final oyunu keçirilib.

Goal.az xəbər verir ki, həlledici görüşdə BATE son çempion Brest "Dinamo"su ilə üz-üzə gəlib.

Minskdəki "Dinamo" stadionunda təşkil olunmuş qarşılaşmanın əsas vaxtı qolsuz tamamlanıb. Əlavə vaxtın ilk uzatma dəqiqəsində Zaxar Volkov BATE-nin qələbə topunu vurub - 1:0.

Beləliklə, BATE tarixində 4-cü dəfə Belarus Kubokunu qazanıb. Bu, koronavirus pandemiyası dövründə Avropada qazanılan ilk titul olub. (sportinfo)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8992 səs