23/10/2019
14:50
2260
| A A A
Real Madrid Arsenal-ın təklifini rədd etdi

Arsenal hazırda icarə əsasında komandada çıxış edən Daniel Sebalyosu birdəfəlik transfer etmək qərarına gəlib.

Goal.az xəbər verir ki, "topçular" bununla bağlı yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu Real Madrid-lə danışığa başlayıb.

Premyer Liqa təmsilçisi qarşı tərəfə 25 milyon funt-sterlinq təklif edib. 23 yaşlı oyunçu özü də Real Madrid-in prezidenti Florentino Peresə zəng vuraraq, Arsenal-a satılmasını xahiş edib. Lakin "kral klubu" təklifi rədd edib.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 9 oyun keçirən Daniel Sebalyos 2 assistlə yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39751 səs