23/10/2019
14:31
635
| A A A
Bakıda futzal üzrə dünya çempionatının əsas mərhələsinin 3-cü qrupunun oyunları keçirilir

Bu gün Bakıda futzal üzrə dünya çempionatının əsas mərhələsinin 3-cü qrupunun oyunları start götürəcək.

Goal.az xəbər verir ki,  qrupda Azərbaycan, Moldova, Slovakiya və Monteneqro yığmaları yer alıb. Qrupda ilk 2 yeri tutacaq komandalar 28 yanvar - 2 fevral 2020-ci ildə keçiriləcək elit-raunda yüksələcəklər.

Azərbaycan millisi təlim-məşq toplanışına 20 futzalçı ilə başlasa da, baş məşqçi Joze Alesio Da Silva onlardan 14-nü heyətdə saxlamağa qərar verib:

1.Rövşən Hüseyinli, ("Araz"), 2.Elnur Zamanov ("Neftçi İK"), 3. Hadi Ahmadi ("Araz"), 4. Nihad İsmayılov ("Araz"), 5. Xətai Bağırov ("Araz"), 6. İsa Atayev ("Araz"), 7. "Rizvan Fərzəliyev ("Araz"), 8. Ramiz Çovdarov ("Araz"), 9. Oliveira Do Nascimento Williams (Alarabi Sporting Club (Küveyt), 10. Vahid Shafiei (Araz), 11. Amir Shojaei (Araz), 12. Teles Martins Thiago (Norlisk Nikel (Rusiya), 13. Eshagh Soorghali (Azaraxş (İran), 14. Borges Eduardo (ACCS Futsal (Fransa).

İlk oyun bu gün saat 17:00-da Slovakiya və Monteneqro arasında keçiriləcək. Saat 20:00-da Azərbaycan və Moldova milliləri mübarizəyə başlayacaqlar.

Oktyabrın 24-də yenə eyni saatlarda Moldova – Slovakiya və Azərbaycan – Monteneqro, oktyabrın 26-da Monteneqro – Moldova və Slovakiya – Azərbaycan görüşləri olacaq. Bütün qarşılaşmalar Bakı İdman Sarayında təşkil olunacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39907 səs