23/10/2019
16:46
2252
| A A A
Mourinyo üçün yeni iddia

Joze Mourinyo Almaniyanın Borussia Dortmund futbol komandasına rəhbərlik edə bilər.

Goal.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Dortmund təmsilçisinin rəhbərliyi hazırkı baş məşqçi Lüsyen Favrı vəzifəsindən kənarlaşdıracağı təqdirdə, portuqaliyalı mütəxəssisi kollektivin başında görmək istəyir. Üstəlik, klubun baş direktoru Hans-Yoahim Vatske təcrübəli məşqçi ilə əlaqə qurub və mütəxəssis alman dilini öyrənməyə başlayıb.

Mourinyo Almaniya klubu ilə razılaşsa, İngiltərə Manchester United-ində qazandığı məvacibdən az maaş alacaq.

Qeyd edək ki, Joze Mourinyo son olaraq Manchester United-də iş başında olub. 2018-ci ilin dekabrından heç bir klubda işləməyən mütəxəssisin adı İspaniya Real Madrid-i ilə də hallanır. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39689 səs