23/10/2019
17:44
2032
| A A A
Dibala ilk "5-lik"də

Juventus-un hücumçusu Paulo Dibala Çempionlar Liqasının qrup mərhələsində Moskva Lokomotiv-i ilə qarşılaşmanın qəhrəmanı olub.

Goal.az-ın məlumatına görə, argentinalı ulduz futbolçu dubla imza ataraq, komandasına 3 xal qazandırıb - 2:1.

Dibala "qoca sinyora"nın heyətində avrokuboklarda qollarının sayını 13-ə çatdırıb. O, bununla Turin təmsilçisində ən çox qol vuran 5-ci oyunçu olub. İndi Dibala yalnız Filippo İnzagi, Mişel Platini, David Trezege və Alessandro Del Pyerodan geri qalır.

Qeyd edək ki, 3 turdan sonra Juventus 7 xalla D qrupuna başçılıq edir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5184 səs