23/10/2019
19:20
1720
| A A A
"Qarabağ-la oyundan sonra gülən mən olacağam" - Tomas Doll

APOEL-in baş məşqçisi Tomas Doll Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la oyun öncəsi mətbuat konfransı keçirib.

Goal.az-ın məlumatına görə, o, əvvəlcə sabahkı matç haqda danışıb.

- İki ay öncə bu masada əyləşmişdim. Bu müddətdə nələrin dəyişməyinə gəlincə, son oyun bizim üçün final əhəmiyyəti daşıyırdı. Budəfəki də vacibdir. Xallara ehtiyacımız var. Nəyi necə etmək lazım olduğunu yaxşı bilirik. Sadəcə, taktikanı fikirləşməməli, ürəyimizi qoymalı, həvəslə oynamalıyıq ki, lazım olan nəticəni ala bilək. Son oyunda stadion səs-küylü, rəqibin azarkeş dəstəyi çox idi. Bu, futbolun gözəlliyidir. Ancaq işimizi bilirik və komandanız buna hazırdır ki, ona lazım olan xalları qazansın.

- Sizə sabahkı matçda başağrısı verəcək məqamlar hansıdır? Nədən çəkinirsiniz?

- Əvvəlcə, onu deyim ki, heç vaxt başım ağrımır. Oyunun əhəmiyyətini yaxşı bilirik. Yaxşı hazırlaşmışıq. Avroliqada qrupda oynamaq hər bir klub üçün vacibdir. Mental olaraq hazırıq. Azarkeşlərimiz üçün də bu matç vacibdir. "Qarabağ"la qarşıdakı matçda yaxşı planımız olaraq işləməlidir. Təcrübəli futboçularımız var. Yaxşı performans göstərərək lazım olan nəticə qazanmalıyıq.

- Avqustdakı oyunöncəsi mətbuat konfransında çox şən idiniz. Bu dəfə isə fikirli görünürsünüz. Səbəb nədir?

- Uzun yol gəlmişk. Buna görə də bir az yorğunluq var. Ancaq oyunla bağlı əlaqəsi yoxdur. Narahat olmayın, sabah oyundan sonra gülən mən olacağam.

- Sabahkı oyunda məğlubiyyətiniz APOEL üçün qrupda mübarizəni başa vurmaq demək olacaq, yoxsa fərqli düşünürsünüz?

- Ümumiyyətlə, heç bir oyuna başlamazdan əvvəl neqativ düşünmək olmaz. Bu, təkcə futbola aid deyil, həyatda da belə olmaq lazımdır. Futbol da həyatın bir hissəsidir. Meydana yalnız qələbəni düşünərək çıxmalıyıq. Matça tam hazırıq.

- Tomas De Vinsentenin yoxluğu sizin komandanız üçün ciddi itkidir? Başqa zədəli futboçularınız var?

- Əlbəttə, bu, itkidir. Ancaq onu əvəz edəcək yaxşı futbolçularımız da var. Onlar da matça hazırdılar. Oyuna Tomas və hazırda komandamzıda olmayan digər futbolçularımız üçün də çıxacağıq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39809 səs