23/10/2019
20:26
881
| A A A
Liverpool Genk-lə matça itkilərlə çıxacaq

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə Genk-lə qarşılaşacaq Liverpool bu oyuna itkilərlə çıxacaq.

Goal.az xəbər verir ki, Mersisayd təmsilçisi bu qarşılaşmada iki futbolçusunun xidmətindən məhrumdur. Komandanın müdafiəçiləri Trent Aleksandr-Arnold və Joel Matip bu gün keçiriləcək oyunda iştirak etməyəcək. Baş məşqçi Yurgen Klopp Trentin xəstə olduğunu, Matipin isə dizindən zədələndiyini bildirib:

“Matipin kiçik zədəsi var, Manchester United-lə oyundan sonra zədəni yenilədi. İndi onun tam sağaldığına əmin olmalıyıq. Trentin isə tez sağalacağına ümid edirik, amma onun bu gün oynamaq şansı yoxdur”.

Komandanın hücumçusu Məhəmməd Salah isə zədəsini sağaldaraq, səfərə yollanan heyətdə yer alıb.

Qeyd edək ki, Genk – Liverpool oyunu bu gün, saat 23:00-da start götürəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39689 səs