06/04/2020
16:17
1750
| A A A
"Liverpool-un əfsanəsi olmaq istəyirəm" - Van Deyk

Liverpool-un müdafiəçisi Vircil Van Deyk İngiltərə mətbuatına müsahibə verib.

Goal.az xəbər verir ki, niderlandlı futbolçu karyerasının sonuna qədər “qırmızılar”da qalmaq istədiyini bildirib:

“Liverpool-un əfsanəsi olmaq istəyirəm. Burada heyrətamiz uğurlara nail olmaq niyyətindəyəm. Böyük bir komandamız var, heç kimə ehtiyacımız yoxdur. Mübarizəni davam etdirmək üçün lazım olan hər şeyə sahibik. Bizim üçün vacib olan qələbələr gətirən oyun tərzi və möhtəşəm azarkeşdir. Klubun əfsanələri ilə tanış olanda özümü bu ailənin bir hissəsi kimi hiss edirəm. Mən də karyeramı bitirdikdən sonra Enfildə bu cür gəlmək istəyirəm”.

Qeyd edək ki, 28 yaşlı müdafiəçi 2018-ci ildən Liverpool-da çıxış edir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5866 səs