Karrasko İtaliya nəhənginin hədəfində
Belçika yığmasının üzvü Yannik Karrasko karyerasını Milan-da davam etdirə bilər.
Goal.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İcarə əsasında Atletico-da çıxış edən futbolçu müqavilə ilə Çininn Dalian klubuna məxsusdur. 26 yaşlı oyunçunun Milan-ın maraq dairəsinə düşdüyü bildirilir. Ancaq belçikalı futbolçunun Atletico-dan ayrılmaq fikri yoxdur. O, yenidən Madrid təmsilçisinin formasını geyinmək istədiyini bildirib.
İtaliya təmsilçisinin Karraskoya 3 illik müqavilə təklif etdiyi qeyd edilib.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR