07/08/2022
12:05
7254
| A A A
Galatasaray 2 ulduz futbolçu transfer etdi

Galatasaray heyətini yeni futbolçularla gücləndirib.

Goal.az verir ki, İstanbul təmsilçisi azad agent olan hücumçu Dris Mertens və Arsenal-dan Lukas Torreyranı heyətinə qatıb. Hər iki futbolçu “sarı-qırmızılar”a keçidini tamamlamaq üçün İstanbula gəlib.

“Cim-bom” Mertenslə 1+1, Torreyra ilə isə 3+1 illik müqavilə imzalayacaq.