Luis Enrike ötən gün İspaniya yığmasının baş məşqçi vəzifəsindən istefaya gödərilməsi barədə fikirlərini bölüşüb.
Goal.az xəbər verir ki, mütəxəssis bu haqda öz Tvitter hesabında yazıb. O, bildirib:
“4 il tez keçdi. Məni 2 dəfə yığmaya məşqçi təyin edənlərə ancaq təşəkkür edə bilərəm. Federasiyanın bütün əməkdaşlarına, özünü nümunəvi aparan və ideyasına sadiq qalan bütün futbolçulara minnətdaram. Sizin üçün daha çox şey edə bilmədiyimə görə üzr istəyirəm. Oyunçuların və məşqçilərin xeyrinə yorulmadan çalışan bütün heyətə təşəkkür edirəm. Həm də hər zaman, xüsusən də ən çətin anlarda bizə dəstək olan azarkeşlərə minnətdaram. Artıq vidalaşmağın vaxtıdır. ndi milli komandanın hər mənada dəstəyə ehtiyacı var - bütün məqsədlərə çatmaq üçün Luis de la Fuente lazımdır.
İrəli, İspaniya!"