09/12/2022
16:44
896
| A A A
DÇ-2022: Lui Van Qal Skolarinin rekordunu təkrarlaya bilər

Dünya çempionatlarında ən uzun məğlubiyyətsiz oyunlar seriyasına malik olan baş məşqçilərin siyahısında dəyişiklik baş verib.

Goal.az xəbər verir ki, birinci pillədə Braziliya yığmasındə işləmiş Luis Felipe Skolari (12 oyun) qərarlaşıb.

Onun həmyerlisi Mario Zaqallo və hazırda Qətərdəki mundialda Niderland yığmasının sükanı arxasında olan Lui Van Qal 2-3-cü yerləri bölüşdürürlər.

"Narıncılar" DÇ-2022-nin 1/4 finalında bu gün Argentinaya məğlub olmasalar, 71 yaşlı mütəxəssis Skolarinin rekordunu təkrarlayacaq. (report)